Livanın rəsmən müflis ölkə olduğu elan edilib

0
290

Livan Baş nazirinin müavini Saad Əl-Şami dövlətin və ölkənin mərkəzi bankın müflis olduğunu elan edib.

“Bu, artıq baş verib. Biz itkinin maliyyə institutları arasında necə bölüşdürməyi və vətəndaşlara dəyən zərəri necə azaltmağın yolları haqqında düşünməliyik”, – deyə Livanın dövlət rəsmisi vurğulayıb.

Qeyd edək ki, Livan 2019-cu ildən bəri uzun sürən iqtisadi böhran içərisindədir.

Livan valyutası dəyərinin 90%-dən çoxunu itirib, əhalinin 80%-i yoxsulluq həddinin altındadır.

Mənbə: Al Jadeed telekanalı