Gürcüstanlı nazir qaz tədarükü haqda: “Azərbaycana hörmətlə yanaşırıq”

0
269

Hazırda Gürcüstan hökuməti təbii qazın tədarükü şərtlərinin pisləşəcəyini gözləmir və ümid edir ki, onlar ölkədə “mavi yanacağı” sabit qiymətlə təmin edə biləcəklər.

Bu barədə Gürcüstanda Baş nazirin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili bəyan edib.

“Biz bu gün şərtlərin pisləşməsini gözləmirik və uzunmüddətli perspektivdə tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəyimizə ümid edirik. Çünki Gürcüstan özünün tədarükçü ölkəsinə – Azərbaycana hörmətlə yanaşır və vəziyyət əks istiqamətə doğru dəyişsə belə, biz daha uzunmüddətli, sabit müqavilələrə sadiq qalırıq”, – deyə Davitaşvili bildirib.

O, Azərbaycanla əməkdaşlığın birdəfəlik olmadığını və bir ilə əsaslanmadığını, bunun çoxillik, strateji, uzunmüddətli əməkdaşlıq formatı olduğunu vurğulayıb.

Baş nazirin müavini həmçinin hesab etdiyini bildirib ki, dost ölkə ilə düzgün, ağıllı və yaxşı ünsiyyət-koordinasiya sayəsində Gürcüstana təbii qaz tədarüklərini problemsiz təmin etmək mümkün olacaq.