Ölkəyə avtomobil gətirmək istəyənlərə ŞAD XƏBƏR: Bəzi maşınlar rüsumdan azad ediləcək

0
414

Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan ekoloji təmiz avtomobillərin idxal rüsumundan azad olunması üçün hökumətə müraciət edib.

Bunu “Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda mətbuat konfransında çıxış edən Komitənin Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev deyib.

“Hazırda həmin avtomobilləri Azərbaycana gətirənlər yalnız əlavə dəyər vergisi (ƏDV) ödəmir. Hökumətə təklif etmişik ki, idxal rüsumu ləğv edilsin”, – deyə o qeyd edib