Əli Kərimlidən biabırçı status – Görün nəyə sevinir – FOTO

0
492

AXCP sədri Əli Kərimli yenə öz ampluasındadır. Özünü müxalifət lideri adlandıran partiya sədri bu dəfə lap gül vurub. Facebook səhifəsində yazdığı biabırçı statusla gündəmə gələn partiya sədri gülünc vəziyyətə düşüb. Özünü müxalifət lideri adlandıran partiya sədri Azərbaycan əleyhinə növbəti paylaşım etməklə sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib.

O, ordumuzun şanlı Fərrux qələbəsini gözdən salmağa yönələn, bu qələbəni ermənilərin xeyrinə şübhə altına alan status paylaşıb. Mövzunun aktuallığını nəzərə alaraq AXCP sədrinin statusunu olduğu kimi təqdim edirik: 

“Rusiya Müdafiə Nazirliyi açıqlama verib ki, Azərbaycan tərəfilə danışdıq (yəni onları başa saldıq), hərbçilərini Fərrux kəndindən geri çəkdilər. Rusiyanın bir acıqlı bəyanatı ilə hərbçilərimizi Fərrux kəndindən geri çəkəcəkdinizsə, daha bu qədər hay-küyə nə ehtiyac var idi? Neçə dəfə dedik ki, arxasında dura bilməyəcəyiniz sözləri danışmayın, ya da dediyiniz sözün, atdığınız addımın arxasında durmağı öyrənin, nəhayət. Özünüz heç, millətin heysiyyatı ilə oynayırsız”.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlum söz duelindən sonra Rusiya Müdafiə Nazirliyi mövqeyindən geri çəkildi və məlum oldu ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Fərrux kəndini işğaldan azad edib və hazırda həmin kənd ordumuzun nazərətindədir. Kənddə Azərbaycan bayrağı dalğalanır. Gülünc və biabırçı duruma düşən isə Əli Kərimli olub. Onun xain statusunun şərh hissəsində isə Azərbaycan vətəndaşları öz etirazlarını bildiriblər. Bəzi vətəndaşlar Əli Kərimliyə ikinci Qarabağ savaşı dövründə də Azərbaycana qarşı mövqe tutduğunu xatırladıblar. Əli Kərimıinin bu paylaşımının altında onu ələ salan xeyli şərhlər yazılıb.

Milli.Az vətəndaşların Əli Kərimlinin statusuna yazdıqları şərhlərdən bir neçəsini təqdim edir. Maraqlıdır ki, vətəndaşların hiddətindən sonra Əli Kərimli statusuna aşağıdakı hissəni əlavə edib: “Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq (açıqlama şərh bölümündə), Rusiya Müdafə Nazirliyini təkzib edib. Bildirib ki, Fərrux kəndi və digər yüksəkliklər ordumuzun nəzarətindədir. Təki dediyi doğru olsun”. Özünü cəmiyyətə “siyasi lider” kimi soxuşdurmağa çalışan AXCP sədri Əli Kərimli növbəti dəfə öz əsgərinin videosunu, öz Ordusunun rəsmi açıqlamasını qulaqardına vurub əsas ağası Kremlin sözlərini mütləq həqiqət sayıb, cəmiyyəti çaşdırmağa davam edir. Və belə bir şəxs də hakimiyyətə gəlmək iddiasındadır.  Böyük ehtimalla bu biabırçı statusundan sonra başına topladığı azsaylı tərəfdarlar da ondan imtina edəcək. Fəxrlə “30 ildən artıqdır ki, siyasətdəym” deyən belə bir şəxsin bu tip biabırçı statusları ona olan inamı daha da azaldır.

Azərbaycanın uğurları, əldə olunan nəticələri gözü götürməyən AXCP sədri anlayır ki, bu gedişlə sona kimi müxalifətdə qala bilər. Tək bir misal. Sosial şəbəkələrdə etdiyi çıxşışlara baxış sayı durmadan azalır və ən aşağı həddə düşüb. Və bu da tək onu deyil, xaricdəki ağalarını da özündən çıxarır. Bu səbəbdən də AXCP sədrinə təzyiqləri artırırıar. Bu təzyiqlər də AXCP sədrini yuxarıda qeyd etdiyimiz biabırçı bir duruma gətirib çıxarır.