Azərbaycan və Türkiyə İşçi qrupu yaradır, birgə fəaliyyət planı hazırlanacaq

0
249

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri çərçivəsində sonuncu görüşlərini keçirib.

Agentlikdən verilən məlumata görə, qonaqlar öncə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları Baş İdarəsində olublar.

İdarənin sədr müavini Abdulhadi Turus qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək QHT Agentliyi ilə bir çox sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduqlarını ifadə etdi.

QHT Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və qurumun icraçı direktoru Aygün Əliyeva səmimi qəbula görə İdarə rəhbərliyinə təşəkkür edərək, iki qardaş ölkənin vətəndaş cəmiyyəti təsisatlarının birgə əməkdaşlığının vacibliyini vurğulayıblar. Təklif olundu ki, hər iki qurumun təmsilçilərindən ibarət işçi qrup yaradılsın və birgə fəaliyyət planı hazırlansın. Razılaşmaya əsasən qısa müddətdə işçi qrup öz işinə başlayacaq.

Daha sonra nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisdə olublar. Qonaqları Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım qarşılayıb. O, Agentlik rəsmilərinin Türkiyə səfərindən məmnun olduğunu, birgə əməkdaşlığın faydasını vurğulayıb. Şamil Ayrım vətəndaş cəmiyyəti təsisatları ilə bağlı hər iki ölkənin qanunvericiliyi sahəsində təcrübə mübadiləsinə ehtiyac olduğunu da qeyd edib.