Ermənilər Moskvada təxribata hazırlaşır: Sovet Ordusu küçəsində faşistin filmi nümayiş olunacaq – FOTO

0
284

Rusiyada yaşayan ermənilər növbəti təxribata əl atıblar.

Belə ki, bu gün Moskva şəhərində Rusiya Erməniləri İttifaqının binasında Ermənistan ordusunun 30 illiyi münasibətilə tədbir keçiriləcək.

Lakin məsələ tədbirdən daha çox tədbir çərçivəsində nümayiş olunacaq filmdədir. Çünki ermənilər tədbirdə “Qaregin Njde” filmini nümayiş etdirəcəklər.

Qaregin Njde erməni terrorçudur. O, faşizm dəstəkçisi və fəal təbliğatçısı olub. Bu gün isə faşizmə qarşı savaşda yüz minlərlə itki verən, əzablar çəkən Rusiyada ermənilər onun filminin təqdimat mərasimini keçirir. Üstəlik daha bir maraqlı məqam nümayişin keçiriləcəyi ünvanla bağlıdır.

Belə ki, nümayişin keçiriləcəyi Rusiya Erməniləri İttifaqının Gənclər Mərkəzi bu ünvanda yerləşir: Sovet Ordusu küçəsi, 8.

Maraqlıdır ki, ermənilər məhz Sovet Ordusuna qarşı çıxmış faşist Qaregin Njde haqqında nümayişi keçirmək üçün bu ünvanı seçiblər.

Qeyd edək ki, Qaregin Njde kimi faşistin ermənilər tərəfindən qəhrəmanlaşdırılması Rusiyanın özündə də böyük narazılıqla qarşılanır.