Ağdam və Şuşaya səfərlər: Həftə ərzində neçə sərnişin daşınacaq?

0
344

“Bakı-Şuşa-Bakı üzrə həftədə 4 səfər olacaq. Hər avtobusda sərnişin sayı 47 nəfər olacaq”.

Bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

O bildirib ki, Bakı-Ağdam-Bakı üzrə isə sərnişin sayı 43 nəfər olan avtobuslarda həftədə 2 dəfə gediş-gəliş həyata keçiriləcək.

“Ümumilikdə həftə ərzində hər iki istiqamətdə Bakı-Şuşa-Bakı istiqamətində 188 nəfər sərnişinin, Bakı-Ağdam-Bakı istiqaməti üzrə isə hər iki istiqamətdə 86 sərnişinin daşınması nəzərdə tutulur”, – deyə o əlavə edib.