DİN bağçada tərbiyəçinin körpəni döyməsi ilə bağlı araşdırmalara başlayıb

0
288

Sosial şəbəkədə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində körpəyə qarşı tərbiyəçi və ya müəllimin şiddət göstərdiyini özündə əks etdirən görüntülər yayılıb.

Görüntülərdə qadının körpənin çörəyi yeməsini israr edir və başına sillə vurur.

Görüntülər insanların narazılığına səbəb olub.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlayıb.

Fakt nəzarətə götürülüb. Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir.