Bakıda əhali ticarət şəbəkələrinə bu qədər PUL XƏRCLƏYİB

0
288

2021-ci ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,3 faiz artaraq 21 milyard 478,4 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 11 milyard 059,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2 faiz artaraq 10 milyard 419,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 44,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.