Azərbaycanda su kanalına düşən direktor və müəllimin xilasedilmə görüntüləri – YENİLƏNİB + VİDEO

0
373

Füzuli rayonunda su kanalına düşən şəxslərin kimliyi məlum olub. 

Hadisə zamanı “Hyundai” markalı avtomobili Aygün İsmayılova idarə edib. 

Hadisə zamanı onunla birlikdə anası Gülşən Əliyeva da olub. 

A.İsmayılova Böyük Bəhmənli 2 saylı kənd orta məktəbinin ibtidai sinif müəllimi, G.Əliyeva 2 nömrəli Füzuli Peşə Məktəbinin direktorudur.

15:30

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, qəza zamanı avtomobil su kanalına düşüb. Hadisədən sonra ətrafdakıların köməyi ilə avtomobildə olan iki qadın xilas edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yanvar ayının 9-da Füzuli rayonunun Kərimbəyli kəndində yol-nəqliyyat hadisəsi baş verib:

“Hadisə zamanı “Hyundai” markalı avtomobil su kanalına aşıb, xoşbəxtlikdən avtomobildə olan şəxslərdən xəsarət alan olmayıb”.

videoya aşağıdakı linkdən baxa bilərsiniz

https://www.instagram.com/p/CYjDtUnqQJW/?utm_source=ig_embed&ig_rid=cf4820ee-e10b-4e54-9de1-98eb914da7e7&ig_mid=954A1D94-C557-4B7A-8C50-2005D4414D06