Avropada təbii qaz ucuzlaşır

0
303

Avropada qaz fyuçerslərinin qiymətləri min kubmetr üçün 1 000 ABŞ dollarından aşağı düşüb. Bunu Londonun ICE birjasının məlumatları təsdqiləyir.

Qiymət ticarətin bağlanışına qədər demək olar ki, 14 faiz ucuzlaşıb.

Ticarətin açılışında Niderlandın TTF indeksi üzrə fyuçerslərin qiyməti təxminən  1 200 ABŞ dolları olub.

Bağlanış qiyməti isə 983 ABŞ dolları təşkil edib ki, bu da məzənnə fərqi nəzərə alınmaqla bir gün əvvəlki 13,6 faiz aşağıdır.