FİFA ilin ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb

0
287

Beynəlxal Futbol Federasiyası (FİFA) ilin ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb.

Bu barədə FİFA-nın rəsmi saytında bildirilir.

Məlumata əsasən, 2021-ci ilin ən yaxşı futbolçusu adına “Bavariya”nın forvardı Robert Levandovski, “Liverpul”un hücumçusu Məhəmməd Salah və PSJ-nin ulduzu Lionel Messi namizəd göstərilib.

Bildirilir ki, sözügedən mükafatın qalibi yanvarın 17-si keçiriləcək mərasimdə açıqlanacaq.