Şuşadakı abidələrin “Bərpa təlimatı” hazırlanıb

0
346

Şuşa şəhərindəki abidələrin “Bərpa təlimatı” hazırlanıb.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli deyib.

Sənəddə bir neçə əsas istiqamətlər üzrə məlumat və tövsiyələrin öz əksini tapdığını bildirən Dövlət Xidmətinin rəisi deyib: “Bunlar işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyasıdır”.