Uşaqlar arasında yayılan xəstəlik nədir? – Tanınmış həkim Təhsil Nazirliyinə müraciət etdi

0
322

“Uşaqlar arasında yaranan virus infeksiyası məni bir valideyn olaraq çox narahat edir. Xəstəlik sağalmaqla bitmir, əksinə uzandıqca uzanır. Virusun ştammları çoxdur. Yoluxub sağalan qısa zamanda yenidən yoluxur”. Bu sözləri açıqlamasında tanınmış həkim, nevroloq Aynur Zeynalova deyib. O Təhsil Nazirliyinə müraciət edib və təhsilin distant formaya keçirilməsini istəyib: “Məktəblilər arasında yayılan bu xəstəlik daha çox uşaqlardan böyüklərə yoluxur. Məktəblər distant tədrisə keçməlidir. Təhsil Nazirliyi buna qərar versə yaxşı olardı. Biz bir olsaq inanıram ki, Təhsil Nazirliyinə istəyimizi çatdıra bilərik”. 

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, son zamanlar uşaqlar arasında yayılan xəstəliklər mövsümi xarakter daşıyır.

“Bəzi uşaqların bunu bir qədər ağır keçirməsi onların koronavirusa (COVID-19) yoluxması demək deyil. Uşaqlarda COVID-19-a yoluxma çox az hallarda baş verir,” – məlumatda bildirilir.