151 illik mətbuat ənənəsinə həsr olunan tədbirdən reportaj

 
22 İyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 151-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə mətbuat nümayəndələri ilə yanaşı, ictimai xadimlər, ziyalılar və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Azərbaycan milli mətbuatının 151 illik şərəfli inkişaf yolundan, jurnalistikanın cəmiyyətin məlumatlandırılmasında və ictimai rəyin formalaşmasındakı mühüm rolundan, söz və informasiya azadlığının əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, peşəkar, obyektiv və məsuliyyətli media ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm əhəmiyyət daşıyır.

Tədbirin fəxri qonaqları sırasında tanınmış aparıcı-jurnalist Səidə Bəkir qızı, Azərbaycan Ordusunun polkovniki Əziz Ağa, tanınmış müğənni Faytonçu Nazim və digər ictimaiyyət nümayəndələri yer alıblar.

 

Sonda xatirə şəkilləri çəkdirilib, qonaqlar arasında səmimi fikir mübadiləsi aparılıb və tədbir xoş təəssüratlarla başa çatıb.

Aybəniz Abdulova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar, araşdırmaçı jurnalist