Ən çox bu ölkədən gələn vətəndaşlarda koronavirusa yoluxma aşkarlanıb – RƏSMİ

0
325

Əvvəlki dövrlərdə Avropa qitəsindən təyyarə ilə gələn vətəndaşlarımız arasında koronavirusa yoluxma halı çox olurdu”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, son dövrlərdə Rusiyadan gələnlər arasında koronavirusa yoluxma halları daha çox müşahidə edilir:

H.Hacıyev əlavə edib ki, Rusiyadan gələn vətəndaşlar arasında koronavirusa yoluxanların sayı 18-20 faiz olub:

“Bu göstərici müəyyən dövrlərdə dəyişir və artır. Aprelin sonu-mayın əvvəlində quru sərhədlə Rusiyadan gələn 540 vətəndaşdan 8-10 nəfərdə pozitiv hal aşkarlanmışdı”.