Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın rəhbərliyi ilə Ukrayna böhranının sülh yolu ilə nizamlanmasına dair yeni təklifin hazırlandığını açıqlayıb.
Zelenski bu barədə CNN-ə müsahibəsində danışıb.
Jurnalist Ukrayna liderindən planın sıfırdan hazırlanıb-hazırlanmadığını, yoxsa əvvəlki sənədə müəyyən düzəlişlərin edilib-edilmədiyini soruşub.
“Detallara varmaq istəmirəm. Sülh planında ABŞ tərəfinin daha çox iştirakı lazımdır. Prezident Trampın komandasına bu prosesi davam etdirmək istədikləri üçün təşəkkür edirəm”, – deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Kiyev Vaşinqtonun sülh prosesində daha fəal rol oynamasını istəyir.
Qeyd edək ki, Zelenski avqustun 11-də də Ukraynanın müharibənin başa çatdırılması ilə bağlı təkliflərini ABŞ-ın danışıqlar prosesində iştirak edən nümayəndələrinə təqdim etdiyini açıqlamışdı.



