Yük maşını təyyarə ilə toqquşdu

0
277

Almaniyada magistral yolda məcburi eniş etməli olan təyyarə yük maşını ilə toqquşub.

Fransadan Almaniyanın Aşağı Saksoniya bölgəsinə uçan pilot şənbə günü tək mühərrikli təyyarəsi nasazlaşan kimi təcili eniş etmək üçün uyğun yer axtarıb.

Pilot Almaniyanın qərbində Fransa ilə sərhəddə Pirmasens bölgəsində magistral körpüdə eniş edib.

100 metr hündürlüyündəki körpüyə enən pilot həmin vaxt qarşı zolaqdan gələn yük maşını ilə toqquşub.

Qəzadan sonra ilkin tibbi yardım üçün hadisə yerinə polis, yanğınsöndürənlər və tibb qrupları göndərilib.

Hadisə zamanı pilotun yüngül xəsarət aldığı, yük maşını sürücüsünün qəzadan sağ-salamat çıxdığı, hər iki şəxsin səhhətinin yaxşı olduğu bildirilib.