Yaxın Şərqdə gərginlik artır: İran ilk dəfə “Sacil” raketini buraxdı

İran İsrailə ortamənzilli “Sacil” raketini buraxıb.

Bu barədə “Tasnim” agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

Bildirilib ki, sözügedən raket ilk dəfə döyüş şəraitində istifadə olunub.

21:12

İran Silahlı Qüvvələri İsrail ərazisinə yeni raket zərbəsi endirib.

Oxu.Az bu barədə İranın “Mehr” agentliyinə istinadla xəbər verir.

Zərbələrin hədəfləri ilə bağlı hələlik məlumat verilməyib.