Türkiyədə koronavirusdan daha 58 nəfər öldü

0
282

Türkiyədə son sutka ərzində ueni növ koronavirusa (COVID-19) yoluxanların və ölənlərin sayı açıqlanıb.Türkiyənin Səhiyyə naziri Fahrettin Koca mayın 13-də ölkə üzrə 33 min 332 nəfər testdən keçirildiyini bildirib. Onlardan 1639 nəfərdə virusun olması təsdiqlənib. Bildirilir ki, gün ərzində 2826 nəfər sağalıb, 58 nəfər dünyasını dəyişib.

Beləliklə, xəstəlikdən sağalanların sayı 101 min 715, ölənlərin sayı isə 3952 nəfərə çatıb.