Qadınlar arasında dünya üzrə futbol çempionatına start verildi

Fransada qadınlar arasında futbol üzrə dünya çempionatı keçirilir.

Ev sahiblərinin də iştirak etdiyi “A” qrupunda iki böyük hesab qeydə alınıb. Belə ki, fransalı qızlar Cənubi Koreya komandasını (4:0), Norveç yığması isə Nigeriyadan olan rəqiblərini (3:0) darmadağın ediblər.

Paralel olaraq “B” qrupunda da görüşlər keçirilib. İspaniya yığması CAR nümayəndələri (3:1), Almaniya komandası isə çinli qızlar üzərində (1:0) qələbə qazanıblar.