Nazir plastik cərrahı direktor təyin etdi

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyə Klinikasına yeni direktor təyin edilib.

Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, plastik cərrah Dilqəm Məhərrəmov sözügedən klinikaya direktor təyin edilib.