Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə (HHM) qüvvələri ötən gecə Ukraynaya məxsus 300-dən çox təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bazar günü saat 20:00-dan bazar ertəsi saat 07:00-dək Rusiya regionları və iki dənizin akvatoriyası üzərində ümumilikdə 301 Ukrayna PUA-sı aşkarlanaraq məhv edilib.
Bildirilir ki, pilotsuz aparatların hücumları Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Rostov, Tambov, Tver, Tula və Smolensk vilayətləri, eləcə də Moskva regionu, Krasnodar diyarı və Rusiyanın işağlı altında olan Krım ərazisi üzərində qeydə alınıb.
Bundan başqa, HHM sistemləri Azov və Qara dəniz akvatoriyalarında da hava hədəflərini vurub.




