Madriddə göydələndə partlayış

İspaniyanın paytaxtı Madridin mərkəzində yerləşən “Cuatro Torres Business Area” göydələnində güclü partlayış baş verib.

25-ci mərtəbədə yaşanan partlayışın ardınca güclü yanğın başlayıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun digər mərtəbələrə keçməsinin qarşısını ala biliblər. Binadakı insanlar isə təxliyyə olunub. 3 nəfər xəsarət alıb ki, onlar da xəstəxanaya yerləşdirilib. Partlayışın texniki otaqda olduğu bildirilsə də, təfərrüatı açıqlanmır.

Qeyd edək ki, “Cuatro Torres Business Area” ispaniyalı milyardçı Amansio Orteqaya məxsusdur. Burada bir neçə böyük şirkətin ofisi yerləşir.