Bu il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsilini davam etdirəcək.
Onların arasında Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olunan gənclərimiz də var.
Moderator.az Modern.az-a istinadla xəbər verir ki, Elm və Təhsil Nazirliyi Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olunan gənclərin ad-soyadlarını və hansı ixtisaslar üzrə təhsil alacaqlarını açıqlayıb.










