AZƏRBAYCANDAN KƏNARDA YAŞAYAN AZƏRBAYCANLILARIN SAYI

0
57

Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Azərbaycan diasporu mövzusunun aktuallığı azərbaycanlıların yayılma coğrafiyasının araşdırılmasını  və soydaşlarımızın sayının dəqiqləşdirilməsini zərurətə çevirmişdir. 
Hələlik bu istiqamətdə konkret statistik göstəricilərin olmaması obyektiv reallıqdan irəli gəlir. XX əsrin əvvəllərinə qədər respublikadan xaricə mühacirət edən soydaşlarımızın şəxsiyyət vəsiqələrində «rus təbəəsi» yazılması onların milliyyətinin də  «rus»  kimi təqdim edilməsi ilə nəticələnmişdir. 
O dövrlərdə qonşu Rusiyaya köçən azərbaycanlılar «tatar», Türkiyədə məskunlaşanlar isə «Azərbaycan türkü» kimi tanınır və qeydə alınırdı. Müasir İran ərazisində yaşayan  soydaşlarımızın isə «İran təbəəsi» kimi təqdimatı prosesi gedirdi.
Belə arzuolunmaz vəziyyət xarici ölkələrdə yaşayan azərbaycanlıların rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə səbəb olmuş, nəticədə soydaşlarımız başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşmişlər. 
Lakin problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşmışlar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız məskunlaşmışlar. Hazırda onların sayı dəqiqləşdirilir.
Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim soydaşlarımızın  bu qitəyə  axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi. 
Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlıların sayı Türkiyədə  və Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb  ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.
Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə  İrandan və Azərbaycan Respublikasından köçənlərdir. 
Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.
Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilmişdir. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının  yaşadığı barədə məlumatlar  var.

Dünyanın müxtəlif ölkələrində azərbaycanlıların sayı aşağıda göstərilən cədvəldə əks etdirilir (təxmini hesablamalara görə):

Sıra №Ölkənin adıAzərbaycanlıların sayı (nəfərlə)
1.ABŞ1.000.000
2.Albaniya Respublikası12.000
3.Almaniya Federativ Respublikası300.000
4.Avstraliya İttifaqı8.000
5.Avstriya Respublikası19.000
6.Argentina Respublikası12.000
7.Banqladeş Xalq Respublikası170.000
8.Belçika Krallığı3.000
9.Belarus Respublikası7.000
10.Birləşmiş Ərəb Əmirlikləri55.000
11.Birma7.600
12.Bolqarıstan Respublikası64.400
13.Böyük Britaniya20.000
14.Braziliya Federativ Respublikası74.000
15.Butan Krallığı1.500
16.Çexiya Respublikası2.000
17.Çin Xalq Respublikası30.000
18.Danimarka Krallığı6.000
19.Estoniya Respublikası1.800
20.Əfqanıstan430.000
21.Əlcəzair Xalq Demokratik Respublikası260.000
22.Finlandiya Respublikası11.600
23.Fransa Respublikası70.000
24.Gürcüstan Respublikası600.000
25.Hindistan Respublikası300.000
26.İndoneziya Respublikası44.600
27.İordaniya Haşimi Krallığı410.000
28.İraq Respublikası800.000
29.İran İslam Respublikası30.000.000
30.İrlandiya Respublikası4.000
31.İspaniya Dövləti5.000
32.İsveç Federasiyası30.000
33.İsveçrə Konfederasiyası4.000
34.İtaliya Respublikası30.000
35.Kanada Respublikası174.000
36.Küveyt Dövləti18.000
37.Qazaxıstan Respublikası90.000
38.Qırğızıstan Respublikası16.000
39.Latviya Respublikası1.700
40.Litva Respublikası1.500
41.Macarıstan Respublikası26.000
42.Malta Respublikası2.500
43.Meksika Birləşmiş Ştatları26.000
44.Misir Ərəb Respublikası850.000
45.Moldova Respublikası6.000
46.Monqolustan Respublikası4.800
47.Niderland Krallığı20.000
48.Norveç Krallığı3.000
49.Oman Sultanlığı19.000
50.Özbəkistan Respublikası60.000
51.Pakistan İslam Respublikası350.000
52.Polşa Respublikası10.000
53.Portuqaliya Respublikası8.000
54.Rumıniya Respublikası44.000
55.Rusiya Federasiyası2.500.000
56.Səudiyyə Ərəbistanı40.000
57.Slovakiya2.000
58.Sudan Demokratik Respublikası17.000
59.Suriya Ərəb Respublikası92.500
60.Tacikistan Respublikası13.400
61.Türkiyə Cümhuriyyəti3.000.000
62.Türkmənistan Respublikası33.300
63.Ukrayna Respublikası500.000
64.Yaponiya10.000
65.Yeni Zelandiya2.000
66.Yəmən Demokratik Respublikası26.000
67.Yəmən Ərəb Respublikası32.000
68.Yuqoslaviya5.900
69.Yunanıstan Respublikası12.400