AVRO-2020-nin və növbəti avrokubok mövsümünün təqvimi açıqlandı – RƏSMİ

0
381

Koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınmış AVRO-2020-nin oyunlarının tam təqvimi açıqlanıb.

Bakı Olimpiya Stadionunun ev sahibliyi edəcəyi oyunlar iyunun 12, 16, 20-si və iyulun 3-də keçiriləcək.

Belə ki, 2021-ci ilin iyunun 12-də Uels – İsveçrə, 16-da Türkiyə – Uels, 20-də İsveçrə – Türkiyə oyunları və iyulun 3-də 1/4 final qarşılaşması keçiriləcək.

AVRO-2020 üçün pley-off oyunları isə oktyabrın 8-də baş tutacaq. Avropa çempionatına son vəsiqələri müəyyənləşdirəcək pley-off finalları noyabrın 12-də olacaq.

Həmçinin UEFA növbəti mövsümün avrokubok təqvimini də dərc edib.

Çempionlar Liqası

İlkin mərhələ: 8 avqust və 11 avqust

I təsnifat mərhələsi: 18-19 avqust

II təsnifat mərhələsi: 25-26 avqust

III təsnifat mərhələsi: 15-16 sentyabr

Pley-off mərhələsi: 22-23 sentyabr və 29-30 sentyabr

Qrup mərhələsi: 20-21 oktyabr, 27-28 oktyabr, 3-4 noyabr, 24-25 noyabr, 1-2 dekabr, 8-9 dekabr.

Avropa Liqası

İlkin mərhələ: 20 avqust

I təsnifat mərhələsi: 27 avqust

II təsnifat mərhələsi: 17 sentyabr

III təsnifat mərhələsi: 24 sentyabr

Pley-off mərhələsi: 1 oktyabr

Qrup mərhələsi: 22 oktyabr, 29 oktyabr, 5 noyabr, 26 noyabr, 3 dekabr, 10 dekabr

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi müvafiq olaraq oktyabrın 1-də və 2-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək