Ağdam rayonunda aparılan qazıntı işləri zamanı insan skeletinə bənzər qalıqlar aşkarlanıb.
Hadisə rayonun Baş Qərvənd kəndi ərazisində qeydə alınıb. Ərazidə fəaliyyət göstərən şirkət tərəfindən aparılan qazıntı işləri zamanı aşkar olunan qalıqlarla bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib.
Məlumat əsasında hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub və aşkarlanan qalıqlara ilkin baxış keçirilib. Qalıqların mənşəyinin və kimə məxsus olmasının müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.




