Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan olunub

0
250

Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan edilib.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. 

Belə ki, “Sanofi” şirkəti tərəfindən hal-hazırda davam edən tədqiqatlara əsasən “Lozap®” ticari adlı losartan potassium – 50 mg tərkibli örtüklü tabletlər №30 (3×10) blisterdə, karton qutu qablaşdırmada, 2660720 seriyalı, son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriyalı, son istifadə tarixi 1/1/2023 olan dərman vasitələrinin tərkibində azid qatışıqlarının yol verilən gündəlik maksimum limitdən çox olması ehtimal edilir.

Bu ehtimalı nəzərə alaraq, 2660720 seriya ilə buraxılmış son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriya ilə buraxılmış son istifadə tarixi 1/1/2023 olan “Lozap®” ticari adlı dərman vasitəsitələri geri çağırılması qərarı qəbul olunub və ölkəyə idxalı, ölkədə topdan və pərakəndə satışı dayandırılıb.

Qeyd edək ki, bundan öncə 028361 seriya ilə buraxılmış son istifadə tarixi 05.2023 olan “Fosfalyugel” ticarət adlı aluminium phosphate gel 20 %, daxilə qəbul edilən gel 16 q №20 paketlərdə (saşe) dərman vasitəsinin geri çağırılması qərarı verilib.