Erməni hakim “Neftçi”nin oyununa təyinat aldı

0
567
“Neftçi”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində Moldova təmsilçisi “Sperantsa” ilə səfər matçının təyinatları açıqlanıb.
Oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Referi Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək.
UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.