İrandan ABŞ casuslarına ömürlük həbs və edam cəzası

İranda ötən il casusluq iddiası ilə həbs olunan şəxslərə ömürlük həbs cəzası və edam tələb olunub.
Bu barədə məhkəmə sözçüsü Qulam Hüseyn İsmailiməlumat verib. Onun sözlərinə casuslardan 2-si ömürlük həbsə məhkum edilib, digərlərini isə edam cəzası gözləyir.
Xatırladaq ki, casusluq ittihamı ilə həbs edilən şəxslər İranın nüvə və müdafiə sənayesində çalışıb və ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) üçün işləyiblər. Ötən ay İran Müdafiə Nazirliyi Aerokosmos Sənayesi Təşkilatının sabiq işçisi Cəlal Hacızəvvar Ağ Ev və CIA üçün işlədiyinə görə edam edilib.