Zərdab rayonunun qaz təchizatı müvəqqəti dayandırıldı.
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən verilən məlumata əsasən, traktor “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərini zədələyib.
Yaranmış güclü qaz sızması səbəbindən bu gün saat 13:00-dan işlər başa çatanadək Zərdab rayonunun (tam olaraq şəhər daxil olmaqla 1 qəsəbə, 34 kəndində) qaz təchizatı dayandırılıb.
Müvəqqəti narahatçılığa görə abonentlərdən üzr istəyirik.