Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

0
279

“Microsoft” şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun “Four Season” hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb.

Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan “Cascade Investment” investisiya şirkəti Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülazizin “Four Seasons” hotelinin səhmlərinin yarısını almaq qərarına gəlib.

Hotel rəhbərliyi tərəfindən ictimaiyyətə verilən məlumatda qeyd olunur ki, Bill Qeytsinin şirkəti bu müqavilə üçün 2,21 milyard dollar ödəyib.

Məlumatda həmçinin qeyd olunur ki, Şahzadə Talal bin Abdülazizə məxsus səhmlərinin 23,75 faizini satın alan Bill Qeyts bununla da “Four Seasons” səhmlərinin 71,25 faizinə sahib çıxaraq hotelin əsas səhmdarına çevrilib.

Hazırda Səudiyyə şahzadəsi “Four Seasons”da səhmlərin 23,75-nə, “Four Seasons”un qurucusu İsador Şarp isə 5 faizinə sahibdir.