Bakıda turizm şirkətinin əməkdaşı doqquz min manat pul mənimsəyib.
“EL Art Travel” şirkətinin əməkdaşı Afaq Sadıqova şirkətin doqquz min manat pulunu mənimsəyib.
Şirkətdən saytımıza məlumat təsdiqlənib.
Bildirilib ki, A.Sadıqova başqa şirkətlərin, vətəndaşların adından bilet alıb, məbləğin qısa zamanda ödəniləcəyini deyib:
“A.Sadıqova şəxsi problemləri üçün də şirkətdən borc alıb. Eyni zamanda, şirkətlərin, vətəndaşların adına alınmış 2 700 və 2 800 manatlıq biletlərin ödənişlərini tələb etsək də, müxtəlif bəhanələrlə pulu təqdim etməyib. Onun ümumilikdə şəxsi borcla birlikdə vurduğu zərər doqquz min manat civarındadır. Artıq əməkdaş avqustun 29-dan işdən çıxarılıb”.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.