Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılır – AZAD OLUNACAQ

0
352

Xəbər verdiyimiz kimi İstanbul Baş Prokurorluğunun müraciəti əsasında Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza Məhkəməsində azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov barəsində irəli sürülən ittihamnaməyə baxılacaq.

Bu gün məhkəmə qarşısına çıxarılacaq iş adamı azadlığa çıxacaq.

Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib.