Bakıda metronun açılması xəbərinə aydınlıq gətirildi – RƏSMİ

0
369

Son günlər sosial şəbəkələrdə, eləcə də bir sıra kütləvi informasiya vasitələrində Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin fevral ayının 15-də bərpa olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumatda bildirir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah hələ heç bir qərar verməyib. Məlumat üçün onu da əlavə edirik ki, xüsusi karantin rejiminin tətbiq edildiyi pandemiya dövründə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir.

“Bakı Metropoliteni” QSC kütləvi informasiya vasitələrindən bununla bağlı məlumatları yayarkən, həmçinin geniş ictimaiyyətdən yalnız rəsmi mənbələrin məlumatına istinad etmələrini xahiş edir.