Tbilisidə 4 yaşlı uşaq “Hörümçək adam” kostyumunda 8-ci mərtəbədən yerə atılıb

0
849

Tbilisidə 4 yaşlı uşaq “Hörümçək adam” geyimində özünü 8-ci mərtəbədən yerə atıb və sağ qalıb.

Bu barədə “Грузия Online” portalı məlumat yayıb.

Bildirilir ki, uşaq evdə nənəsi ilə birgə olub. Qadın uşağın otaqda oynadığını düşünsə də, bir qədər sonra qonşular hadisə barədə xəbəri çatdırıb.

Hadisə şahidlərinin sözlərinə görə, uşaq bu yolla sevimli qəhrəmanını təkrarlamaq istəyib. O, ağır travma ilə xəstəxanaya çatdırılıb. Həkimlər azyaşlının vəziyyətini kafi hesab edir.