Çernobıl itlərinin DNT-sində qeyri-adi fərqlər aşkar edildi

Çernobıl Atom Elektrik Stansiyası yaxınlığında yaşayan sahibsiz itlərin genetik quruluşu alimlərin marağına səbəb olub.

Bu barədə “Popular Mechanics” məlumat yayıb.

Tədqiqatçılar Çernobıl ətrafında yaşayan 302 itin DNT-sini araşdıraraq müxtəlif ərazilərdəki populyasiyalar arasında genetik fərqlər müəyyən ediblər.

Lakin alimlər bu fərqlərin birbaşa radiasiya nəticəsində yarandığını təsdiqləməyiblər.

Araşdırma radiasiyanın uzunmüddətli ekoloji təsirlərini öyrənmək üçün mühüm məlumat bazası yaradır.