İxrac rəsmiləşdirilməsi xərclərinə görə kompensasiya dəstəyinin şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısı təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Prezidentin 2026-cı il 16 iyun tarixli “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının müvafiq yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Sənədə əsasən, qərar 2026-cı il sentyabrın 1-dən tətbiq olunur və 2031-ci il dekabrın 31-dək qüvvədə olacaq.



