Bu gün İstanbulda Ukraynadakı müharibənin başa çatdırılması yollarının müzakirəsi məqsədilə yeddi ölkənin xarici işlər naziri bir araya gələcək.
Bu barədə AFP Türkiyənin diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Oktyabrın 23-də keçiriləcək görüşdə Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Misirin xarici işlər nazirləri iştirak edəcəklər.
Toplantıda Rusiya-Ukrayna müharibəsinin dayandırılması imkanları, Qara dənizdə təhlükəsizlik və regional münaqişələr müzakirə olunacaq.
Görüşün gündəliyinə Fələstin məsələsi, Yəməndəki vəziyyət və Hörmüz boğazında baş verən hadisələr də daxildir.



