Biotexnologiya sahəsində fəaliyyət göstərən “PerturbAI” şirkəti və OpenAI süni intellektdən istifadə etməklə biotibbi tədqiqatları sürətləndirmək istiqamətində əməkdaşlığı genişləndirirlər.
Bu barədə “Genetic Engineering & Biotechnology News” məlumat yayıb.
Əməkdaşlıq çərçivəsində bioloji məlumatların təhlili və potensial dərman hədəflərinin müəyyən edilməsi üçün süni intellekt əsaslı sistemlərdən istifadə nəzərdə tutulur.
Layihənin məqsədi mürəkkəb bioloji əlaqələri daha səmərəli araşdırmaq və yeni müalicə üsullarının hazırlanmasına kömək etməkdir.



