Fransa yığmasının futbolçusu dünya çempionatında qazandığı qızıl medalı satdı

0
377

Fransa yığmasının futbolçusu son dünya çempionatında qazandığı qızıl medalı auksionda satıb.

Mükafatından ayrılmaq istəyən oyunçunun adı açıqlanmır. O, medalını 66 min avroya (122 410 AZN) satıb.

Xatırladaq ki, 2018-ci ildə futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçirilib. Fransa komandası finalda Xorvatiya komandası ilə oynayıb və 4:2 hesabı ilə qalib gəlib.