İran ordusunun quru qoşunlarının azı 50 bölməsi hələ də ölkə sərhədlərində yerləşdirilib.
Bu barədə İran ordusunun quru qoşunlarının komandanı Əli Cahanşahi bildirib.
Onun sözlərinə görə, münaqişə başlayandan bəri respublikanın sərhədlərində quru qoşunlarının 50 bölməsi yerləşdirilib. Bunlara mobil, zirehli və mexanikləşdirilmiş briqadalar, çevik reaksiya briqadaları, artilleriya, mühəndis və raket bölmələri, həmçinin pilotsuz uçuş aparatları bölmələri daxildir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp münaqişənin nizamlanması ilə bağlı Amerika şərtlərini qəbul etməyəcəyi təqdirdə İranın məhv ediləcəyini bildirib. Onun sözlərinə görə, İranla bağlı vəziyyət çox qısa müddətdə həll olunacaq.



