NASA-nın “SpaceX Crew-12” missiyasının astronavtları 237 günlük kosmik səfərdən sonra Yerə qayıdıblar.
Bu barədə “ScienceDaily” NASA-ya istinadən məlumat yayıb.
Ekipaj missiya ərzində Yer ətrafında 3792-dən çox dövr edib və ümumilikdə 100 milyon mildən artıq məsafə qət edib.
Astronavtlar kosmosda gələcək Ay və Mars missiyalarına hazırlıq məqsədilə müxtəlif elmi təcrübələr aparıblar.



