Altı yaşlı uşaq “Gelandewagen”i belə idarə etdi – VİDEO

0
521
Qazaxıstandan olan altı yaşlı uşaq hamını təəccübləndirib.

Hadisə paytaxt Almatıda baş verib.

Görüntülərdə balacanın “Gelandewagen”in sükanı arxasında oturaraq avtomobili sürətlə idarə etməsi əks olunub.

Lakin baş verən hadisənin sosial şəbəkələrdə yayımlanmasından sonra balacanın valideyni hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılıb.

Şəhər Yol Polisinin Mətbuat Xidmətindən bildirilib ki, hətta hadisə təlim meydanında baş versə də, valideyn yaş həddi avtomobil idarə etməyə çatmayan övladının həyatını təhlükəyə ata bilməz.