Şri-Lankada fil rusiyalı turistin çantasını götürməyə çalışıb. Qadın əşyalarını heyvanın əlindən almaq istəyərkən fil onu tutaraq yerə çırpıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, heyvan çantanı götürməyə çalışarkən turist ona müdaxilə edib. Qadın əşyalarını geri almaq istədikdə fil aqressiv davranaraq onu tutub və yerə atıb.
Hadisə nəticəsində turistin əli, gözü və kürəyindən xəsarət aldığı bildirilir.



