“Ustay” şirkətinin 13 işçisi zəhərlənib

0
520
“Ustay” şirkətinin 13 işçisi zəhərlənib

Sumqayıt şəhərində “Ustay” şirkətində çalışan işçilərin halı pisləşib.

Şirkətin 13 nəfər işçisi narahatlıq hiss edib, onlarda baş gicəllənməsi, ürək bulanması halları qeydə alınıb.

İşçilər “Unikal” klinikasına müayinəyə göndərilib. Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Hələ ki, hadisənin səbəbi bəlli deyil.

Həmin ərazidə çalışan digər şirkətlərin işçilərinin səhhətində heç bir problem yoxdur.

Məlumata görə, həmin ərazidə olan zavodlarda qaz sızması aşkarlanmayıb.

Qeyd edək ki, bu gün saytlardan birində Sumqayıt şəhərində qazdan zəhərlənmə olduğu yazılıb. Həmin xəbərdə zəhərlənən şəxslərin SOCAR işçiləri olduğu iddia edilirdi.