Ermənistanın müvafiq qurumlarının rəhbərləri TRIPP (Zəngəzur dəhlizi) infrastruktur layihələndirmə işlərinin başlanması ilə bağlı bir sıra təşkilati məsələləri müzakirə etmək və gələcək iş istiqamətini müəyyən etmək üçün Sünikə səfər ediblər.
Baş nazirin müavini Mher Qriqoryan, Ərazi İdarəetmə və İnfrastruktur naziri Davit Xudatyan və Şəhərsalma Komitəsinin sədri Yegiazar Vardanyan Sünikə səfər ediblər.
TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi Ermənistanın Sünik vilayətindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihənin yalnız Ermənistan yurisdiksiyası daxilində fəaliyyət göstərəcəyi və ölkənin suverenliyinə xələl gətirməyəcəyi vurğulanır.




