Gimnast məşq zamanı aldığı zədədən öldü

0
394

ABŞ-ın Konnektikut ştatında gimnast qız məşq zamanı aldığı zədədən ölüb.

Bununla bağlı “FoxNews” qızın oxuduğu universitetə istinadla məlumat yayıb.

Nəşrin məlumatlarına görə, noyabrın 8-də 20 yaşlı Melaniya Koulman məşq zamanı onurğasını sındırıb və iki gün sonra vəfat edib.

Koulmanın sabiq məşqçisi Tomas Alberti deyib ki, qız gimnastika üçün quraşdırılan dirəkdən yıxıldıqdan sonra zədələnib.