40 yaşdan sonra fiziki aktivliyi azaltmaq uzunömürlülüyə mane ola bilər.
Həkim Maqda Karlas bu yaşdan sonra insanların yol verdiyi əsas səhvə diqqət çəkib.
Karlasın sözlərinə görə, insanlar yaşlandıqca daha az hərəkət etməyə başlayırlar. Halbuki 40 yaşdan sonra fiziki aktivliyi artırmaq, hətta gənclik dövrü ilə müqayisədə daha çox hərəkət etmək lazımdır.
“Yaşınız artdıqca daha çox hərəkət etməlisiniz. Gənc insan üçün gündə 4 min addım kifayət edə bilər. Yaşlı insanlar isə bu göstəricini artırmalıdırlar”, – deyə həkim bildirib.
Mütəxəssis qeyd edib ki, 35-40 yaşadək insanlar fiziki baxımdan az aktiv olmağı müəyyən qədər özlərinə rəva görə bilərlər. Lakin bu yaş həddini keçdikdən sonra hərəkətlilik artıq həyat üçün zərurətə çevrilir.



